Sosial Tədqiqatlar Mərkəzi yerli icra hakimiyyəti başçılarına dair sorğu keçirdi - FOTO 

Sosial Tədqiqatlar Mərkəzi yerli icra hakimiyyəti başçılarına dair sorğu keçirdi - FOTO 

Hazırda oxunan: Sosial Tədqiqatlar Mərkəzi yerli icra hakimiyyəti başçılarına dair sorğu keçirdi - FOTO 

114813

Sosial Tədqiqatlar Mərkəzi regionlarda dövlət hakimiyyətinin təmsilçisi, ictimai-siyasi fiqur, eləcə də son illər aparılan islahatların başlıca tərəflərindən biri olmasını nəzərə alaraq, yerli icra hakimiyyəti başçıları ilə bağlı rəy sorğuları keçirib, bu çərçivədə vətəndaşların yerli/regional idarəetmənin müxtəlif istiqamətləri üzrə fikirlərini öyrənib.

Bizim.Media xəbər verir ki, keçirilən rəy sorğusunun nəticələri məlum olub.

Bildirilib ki, bu sahədəki beynəlxalq tədqiqatlarda yerli idarəetmənin ayrı-ayrı aspektləri arasında şəxsiyyət amilinin əhəmiyyətinə xüsusi yer verilir.

Ali, yuxarı və mərkəzi instansiyalardan sonrakı pillədə dayanan yerli icra hakimiyyəti başçıları daşıdıqları hüquqi status baxımından yerlərdə digər vəzifəli şəxslərin, sosial qrupların müqabilində yüksək mövqedə qərarlaşır.
Lakin bəzi hallarda bu statusdan sui-istifadə müxtəlif neqativ halların, məmur özbaşınalığı ilə bağlı xəbərlərin yaranması ilə nəticələnir.

Keçirilən sorğu nəticələrinə görə, insanların 65.6%-i hesab edir ki, yerli icra hakimiyyəti başçısı cəmiyyətin üzvü kimi olmalı və yüksək nüfuzlu şəxs kimi hər kəsdən yuxarıda dayanmamalıdır. Sorğuda iştirak edənlərin 30.3%-i isə icra hakimiyyəti başçısının yüksək statusu ilə hər kəsdən yuxarıda dayanması mövqeyini bölüşüb. Respondentlərin 4.1%-i bu fikrə münasibət bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrini respondentlərin yaş qrupları üzrə nəzərdən keçirdikdə, aşağı yaş qruplarından yuxarı yaş qrupuna doğru bu fikirlə razılaşanların sayında azalan, razılaşmayanların sayında artan dinamika qeydə alınıb.

Başqa sözlə, nəticələr yuxarı yaş qruplarını təmsil edən respondentlərin keçmiş sovet təcrübəsindən, inzibati amirlik sistemindən irəli gələn rəhbər şəxs təsəvvürünün əhəmiyyətli ölçüdə qaldığını, gənc nəsli təmsil edənlərin mövqeyinin bu mənada fərqləndiyini göstərib.

Həmçinin sorğuda iştirak edən kişilərin 32.8%-i, qadınların 27.8%-i bu fikirlə razılaşmadığı halda, şəhərdə məskunlaşan təqribən hər dörd nəfərdən üçü, kənddə məskunlaşan hər iki nəfərdən biri bu fikirlə razılaşdığını bildirib.

Qeyd edək ki, sorğu 2022-ci il ərzində 18 yaşından yuxarı 1068 respondent arasında kompüter dəstəkli şəxsi müsahibə üsulundan istifadə olunmaqla keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub.
Sorğu 12 iqtisadi rayonu əhatə edib, ehtimallı seçmənin klaster üsulundan istifadə olunub və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 3%-ə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO