Xızıda C.Cabbarlının ev muzeyinin damının güclü külək səbəbindən uçması barədə Mədəniyyət Nazirliyi məlumatlandırılıb.
Bizim.Media-ya bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı nümayəndəliyindən açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Xızıda Cəfər Cabbarlının ev muzeyinin damını külək apardı - FOTO
Qeyd edilib ki, muzeydə yaranmış təhlükəli vəziyyətlə bağlı tezliklə tədbirlər görüləcək.
Xızı rayon İcra Hakimiyyəti tərəfindən isə yaranmış problemə hələlik bir reaksiya verilməyib.
Xatırladaq ki, Cabbarlı muzeyi 2018-ci ildə Mədəniyyət Nazirliyinin tikinti idarəsi tərəfindən bərpa edilib. Amma muzeyin Cəfərlə bağlı eksponatlarına bədii tərtibat verilməsi işləri yarımçıq qalıb. Xızının mədəni ictimaiyyəti bədii tərtibat işlərinin davam etməsini səbrsizliklə gözləyir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu