Ölənə kimi arvadının şəklini üstündə gəzdirdi -  Mirzə Babayev haqqında 10 MARAQLI FAKT

Ölənə kimi arvadının şəklini üstündə gəzdirdi -  Mirzə Babayev haqqında 10 MARAQLI FAKT

Hazırda oxunan: Ölənə kimi arvadının şəklini üstündə gəzdirdi -  Mirzə Babayev haqqında 10 MARAQLI FAKT

114713

Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür. 

Bizim.Media olaraq unudulmaz ifaçı haqqında 10 maraqlı faktı üzə çıxarmışıq və diqqətinizə təqdim edirik:

1. Bakının Maştağa kəndində doğulan sənətkarın anası Sonaxanım tanınmış bəy nəslindən olub.

2. Mirzə Babayev Böyük Vətən Müharibəsi iştirakçısı olub. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.

3. O, ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən Nizami adına Ədəbiyyat muzeyinin, “Vətən” kinoteatrı layihəlrinin müəllifidir.

4. İlk dəfə Tofiq Quliyevin yaratdığı caz orkestrində çıxış edib. “Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim” deyirdi hər zaman. 

5. Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də yeganə şanson ifaçısıdır. Məsələn, “Bir utan qızına aşiq olarmı adam”, “Mən səni sevirəm” mahnıları zamanında əvəzsiz üslub idi. Mirzədə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi

6. Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: “Əgər “Kəpənək” mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq”. Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.
7. Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə dayı onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: “Görün necə gözəldir?”

8. “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə Babayev oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.

9. 50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah (“Dərviş Parisi partladır”), Mirişin atası (“Bəyin oğurlanması”), Meyxanaçı (“Dəli Kür”), Bəy (“Qaraca qız”) ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.

10.  Mirzə Babayev ən böyük arzusu 100 yaşında səhnəyə çıxıb oxumaq idi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki adam olmur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO