“Təhsildə regional idarəetmə sisteminə keçmə büdcə kəsiri ilə bağlıdır”x9d

“Təhsildə regional idarəetmə sisteminə keçmə büdcə kəsiri ilə bağlıdır”x9d

Hazırda oxunan: “Təhsildə regional idarəetmə sisteminə keçmə büdcə kəsiri ilə bağlıdır”x9d

114692
24 iyul 2014-cü il tarixdə imzalanan “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”x9dnda deyilir: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın...”x9d 
Diqqətinizə çatdıraq ki, sərəncamda Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin 15 regional idarələrinin yaradılmasını qərara alınmışdı. Amma sonradan bəlli səbəblərdən həmin sərəncamın icrasını bir il müddətində dondurdular. İndi isə həmin sərəncamdan irəli gələn işlərin həyata keçirilməyə başlanıldığıyla bağlı mətbuatda məlumat yayılıb. Görəsən gerçəkdən də rayon təhsil şöbələri ləğv edilib yerində regional təhsil idarələri yaradılsa təhsilimiz bu transferdən nə udacaq?

Keçmiş təhsil naziri, türkoloq alim, professor Firudin Cəlilov Moderator.az - a açıqlamasında deyir ki, bu, islahat yox, məcburi addımdır:

"Təhsil sahəsində regional idarəetmə sisteminə keçmə büdcə kəsiri ilə bağlıdır, təhsildə islahat deyil. Bu dəyişiklik bir çox adamın işini itirməsi ilə sonuclanacaq. Təhsildə islahat elm ilə birlikdə və yeni sistemin qurulması ilə olmalıdır, belə yanaşma isə hələlik gündəmdə yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO