Mingəçevirdə AĞIR QƏZA – Ölən və yaralılar var 

Mingəçevirdə AĞIR QƏZA – Ölən və yaralılar var 

Hazırda oxunan: Mingəçevirdə AĞIR QƏZA – Ölən və yaralılar var 

114665

Mingəçevir şəhərində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sonradan “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO