Aysel Soltanova yüksək vəzifəyə TƏYİN OLUNDU 

Aysel Soltanova yüksək vəzifəyə TƏYİN OLUNDU 

Hazırda oxunan: Aysel Soltanova yüksək vəzifəyə TƏYİN OLUNDU 

114651

“Azərbaycan Dəmir Yolları” QSC-də yeni təyinat olunub.

Bizim.Media xəbər verir ki, Aysel Soltanova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb.

O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO