Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU

Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU

Hazırda oxunan: Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU

114617

Güclü külək Xaçmazın dəniz qırağı kəndlərində işıq problemi yaradıb. 

Rayonun Xəzər dənizi sahilində yerləşən Nabran-Yalama və Ralıdlı -Bostançı istiqamətindəki yaşayış məntəqələrində ötən gündən enerji fasilələlərlə verilir.

Yerli sakinlərin sözlərinə görə, işıq olmayanda içməli su sarıdan da problem yaşanır. Üstəlik, məktəblərin istilik sistemi də enerji verilişi dayananda işlək vəziyyətini itirir.

Məsələ ilə bağlı Xudat Elektrik Şəbəkəsindən Bizim.Media-ya verilən açıqlamada bildirilir ki, şəbəkənin qəza briqadası ötən gündən enerjinin yaratdığı fəsadların aradan qaldırılması ilə məşğuldur. Bərpa işləri hazırda davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO