Daşkəsəndə qanunsuz silahlar müsadirə olundu - FOTO

Daşkəsəndə qanunsuz silahlar müsadirə olundu - FOTO

Hazırda oxunan: Daşkəsəndə qanunsuz silahlar müsadirə olundu - FOTO

114564

Daşkəsəndə qanunsuz saxlanılan ov silahları müsadirə edilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. 

Keçirilən müvafiq tədbirləri nəticəsində Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan “TOZ” markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Keçiriln digər tədbirlər nəticəsində isə vətəndaşdan 8 ədəd əl qumbarası, 200 ədəd “pulemyot-Kalaşnikov” silahına məxsus 7.62 mm-lik patron, 1 ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının vətəndaşlar arasında apardığı mütəmadi profilaktiki söhbətlərin nəticəsində  rayon sakini Elfaq Abbasov babasından qalma 2 ədəd müvafiq sənədləri olmayan ov tüfənglərini polisə könüllü təhvil verilib.
Aşkar edilən müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO