Günahkar yenə Leyla müəllimə oldu? - İctimai Şura sədrinin CAVABI 

Günahkar yenə Leyla müəllimə oldu? - İctimai Şura sədrinin CAVABI 

Hazırda oxunan: Günahkar yenə Leyla müəllimə oldu? - İctimai Şura sədrinin CAVABI 

114559

Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar. Səfər müəllimə Leyla Nəcəfquliyevanın sözügedən məktəbdə sanitar qovşağı ilə bağlı problemi gündəmə gətirməsindən sonra davam edən söz-söhbətin fonunda baş tutub. 

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar. Lakin kütləvi informasiya vasitələrində yer alan xəbərlərdə Leyla Nəcəfquliyevanın həmin görüşdə iştirak etməsi qeyd olunmayıb. Bu isə ictimai qınaqla qarşılanıb. 

Bizim.Media-nın həmsöhbəti, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova olub.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat ayaqyolu problemini gündəmə gətirən müəllimin müdafiəsinə QALXDI - “Töhməti geri götürülsün”  


Müsahibimiz qeyd edib ki, Leyla Nəcəfquliyeva ilə 2 saata yaxın söhbət ediblər: 

“Leyla müəllimə çox aktiv, işinin öhdəsindən gələn, uşaqları sevən, yaradıcı bir insandır. O, hazırda olduğu mühitdən fərqlidir. Bəzi məsələlərə də fərqli baxır. Leyla müəllimənin enerjisi, uşaqlara sevgisi və s. çox xoşdur. Lakin hiss olunur ki, onun bugünkü vəziyyəti illərdir yığılmış problemlərin nəticəsidir və bu problemlər də onu kifayət qədər aqressivləşdirib. Bunu müşahidələrimizə əsasən deyirəm. Məsələn, müəllimin yanaşması “mənim uşaqlarım” yox, “bizim uşaqlarımız” olmalıdır. Düzdür, bunu hamıdan tələb edə bilmərik, çünki bu yanaşmanı məktəbdən formalaşdırmalıyıq və paytaxt da daxil olmaqla ən ucqar kəndə qədər hər yerdə uşaqlarımızı “mənim, sənin sinfin” yox, “bizim uşaqlar” adlandırmalı, bu cür yanaşmalıyıq”. 

Günel Səfərova bildirib ki, müəllimə ilə söhbətlərində problemin həlli məcrası barədə də ətraflı danışıblar: 

“Gəlin etiraf edək ki, problemin həlli sosial şəbəkə platformaları deyil. Leyla müəllimə tərəfindən ancaq direktora müraciət olunub. Regional Təhsil İdarəsinə müraciət edilsə idi, biz İctimai Şura olaraq qurduğumuz sistem sayəsində həll olunmayan məsələlərin hamısından xəbərdar olduğumuz kimi bu məsələni də bilərdik”. 

“Mən Leyla müəllimənin qaldırdığı bu məsələyə sadəcə su qovşağı problemi kimi baxmıram. Bunun fonunda eyni zamanda direktorların idarəçilik məsələsində nə dərəcədə səriştəli olmaları da yenidən gündəmə gəldi. Direktorlar yalnız tədris prosesinin təşkilindən məsul deyillər, onlar eyni zamanda kollektivdəki münasibətlərin də tənzimlənməsindən məsuldurlar”, - deyə İctimai Şura sədri əlavə edib. 

Günel Səfərova bildirib ki, bu səfərdən sonra təhsil nazirinin müşaviri Elnur Nəsibovla regionlardakı idarələrə getməyi, direktorlara görüş keçirməyi də planlaşdırıblar. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO