Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, suitilərin ölüm səbəbləri araşdırılır: "Analizlər götürülüb. AQTA tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur".
Xidmət rəisi qeyd edib ki, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb:
"Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:18 / 13.01.2023
Xəzərdə ölü suitilərin aşkarlanması araşdırılır - RƏSMİ
Hazırda oxunan: Xəzərdə ölü suitilərin aşkarlanması araşdırılır - RƏSMİ
Hazırda oxunan: Xəzərdə ölü suitilərin aşkarlanması araşdırılır - RƏSMİ
114543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.