Xaçmazda güclü YANĞIN – İki ev yandı - FOTO

Xaçmazda güclü YANĞIN – İki ev yandı - FOTO

Hazırda oxunan: Xaçmazda güclü YANĞIN – İki ev yandı - FOTO

114505

Xaçmazın Həsənqala kəndində iki sakinin evi yanıb. 

Kənd sakini İmran Hacıyevin 54 kvadratmetr sahəsi olan 3 otaqlı birmərtəbəli evi əşyaları ilə tam yanıb. 

Yanğın həmin evlə bitişik olan Valeh Məmmədovun 3 otaqlı yaşayış evinə də keçib. Evin 6 kvadratmetr sahəsi yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. Hadisə yerində FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hisdəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO