İsmayıllıda qarın törətdiyi fəsad kənd sakininə 5 min manatlıq ZİYAN VURDU - FOTO 

İsmayıllıda qarın törətdiyi fəsad kənd sakininə 5 min manatlıq ZİYAN VURDU - FOTO 

Hazırda oxunan: İsmayıllıda qarın törətdiyi fəsad kənd sakininə 5 min manatlıq ZİYAN VURDU - FOTO 

114482

İsmayıllıda kənd sakininə məxsus çardaq uçub və ona məxsus avtomobil uçqunun altında qalıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, günlərdir davam edən aramsız yağan qar fəsadsız ötüşməyib. 

Belə ki, yağan güclü qar səbəbindən rayonun Cülyan kənd sakini Ağayev Raqif Əsgər oğluna məxsus evin qarşısındakı çardaq son günlər yağan qarın ağırlığına tab gətirməyərək çöküb. 

Nəticədə çardağın altında dayanmış ona məxsus "Mercedes" markalı minik avtomobili əzilib və avtomobilə xeyli ziyan dəyib.  

Qeyd edək ki, çardağın uçması və avtomobilin əzilməsi nəticəsində ev sahibinə ümumilikdə beş min manatdan çox maddi ziyan dəyib.  

Hazırda faktla bağlı araşdırma aparılır.  

Aqil Əsədov,Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO