Qarlı hava meşə əkinlərinə necə təsir göstərib?

Qarlı hava meşə əkinlərinə necə təsir göstərib?

Hazırda oxunan: Qarlı hava meşə əkinlərinə necə təsir göstərib?

114480

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yeni əkilmiş meşə əkinlərinə və səpinlərinə öz müsbət təsirini göstərib. Belə ki, bu yağıntılar bölgələrdə, xüsusilə dəmyə şəraitində əkilmiş meşə əkinlərinin kifayət qədər sulanmasına səbəb olub. 

Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib. 

Mütəxəssisin sözlərinə görə, yağan qar təbii örtük olaraq yeni əkilmiş ağac tinglərinin kök sistemlərini şaxtalı havanın təsirindən qoruyur və ağacların yaz aylarında başlayacaq bioloji inkişaf dövrü üçün ehtiyat su mənbəyini təşkil edir: 
“Qış aylarının yağıntılı keçməsi ilin digər mövsümlərində də bitkilərin normal inkişafı üçün kifayət qədər su ehtiyatının toplanmasını təmin edən ən vacib amillərdən biridir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO