Goranboyda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

Goranboyda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

Hazırda oxunan: Goranboyda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

114470

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Dəliməmmədli-Qırıxlı avtomobil yolunun Kəhrizli kəndindən keçən hissəsində baş verib.  

Hərəkətdə olan "Mercedes" və "VAZ "markalı avtomobilərin toqquşması zamanı 1987-ci il təvəllüdlü Rəhimov Arzu Mustafa oğlu, 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.  

Faktla bağlı araşdırmalara başlanıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO