"Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov anadan olduğu Şərur rayonunun Aralıq kəndində yaşamır. Naxçıvandakı malikanəsini bircə dəfə tərk edərək Aralığa gəlib və həmin gün də qayıdıb".
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bunu Naxçıvandakı mənbə bildirib.
Mənbənin dediyinə görə, oğlu Rza Talıbov istisna olmaqla Talıbovlar ailəsi məhz malikanədə qalırlar.
Talıbovun məlum istefasından sonra Naxçıvanda bəzi müsbət yeniliklər qeydə alınıb. Mənbə deyir ki, artıq minik avtomobili olan hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilər. Bundan başqa, əgər indiyədək muxtar bölgəyə köhnə maşınların gətirilməsinə qadağa vardısa, indi bu məhdudiyyətlər aradan qalxıb.
Həmçinin, Bakıdan gələn məhsullar üçün tətbiq edilən əcaib rüsumlar da yığışdırılıb.
Bununla belə, Türkiyə və İranla gömrük-keçid məntəqələrində bəzi məhduddiyyətlər qoyulub.
Mənbə deyir ki, neçə ildən sonra bu həftə ilk dəfə Naxçıvan televiziyasında sosial mövzuda tənqidi material yayımlanıb.
Süjet bölgədə internetin zəif olmasından bəhs edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 12.01.2023
Talıbovlar evdən çıxmırlar - İllər sonra TV-də İLK TƏNQİD
Hazırda oxunan: Talıbovlar evdən çıxmırlar - İllər sonra TV-də İLK TƏNQİD
Hazırda oxunan: Talıbovlar evdən çıxmırlar - İllər sonra TV-də İLK TƏNQİD
114412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.