Restoranlar 80 nəfərlə toy keçirməyə hazırdırmı? - SORĞU

Restoranlar 80 nəfərlə toy keçirməyə hazırdırmı? - SORĞU

Hazırda oxunan: Restoranlar 80 nəfərlə toy keçirməyə hazırdırmı? - SORĞU

11441

Azərbaycanda koronavirus epidemiyasına görə toylar, nişan və xınayaxtı məclisləri təxminən 1 ildir ki, qadağan edilib. Artıq bir aya yaxındır ki, Azərbaycanda vaksinsiya prosesinə başlanıb.

Bundan əlavə ölkənin epidemioloji durumunda qismən sabitlik hökm sürür və yoluxma zənciri qırılıb. 

Qeyd edək ki, toy, nişan, xınayaxtı və kütləvi toplantıların keçirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yekdil qərarı hələki yoxdur. 

 

MÖVZU İLƏ BAĞLI:

Gələn həftə şənbə və bazar hamı kafelərə - XƏBƏR VAR!


İctimaiyyətdə və sosial şəbəkələrdə yayılan məlumatlara görə isə martın 1-dən etibarən toyların keçirilməsinə müəyyən qaydalarla icazə verilə bilər. Toy sahiblərinə 60 və ya 80 nəfərdən artıq olmayaraq qonaq çağırılması təklif ediləcəyi və restoranların bu qayda ilə fəaliyyətə başlayacağı bildirilir.

Toya gələn qonaqlar isə ara məsafəsi ilə oturdularaq ziyafətdə iştirak edə biləcəklər. Bir sözlə təntənəli toy keçirilməsi mümkün olmayacaq. Lakin bu zaman da digər ekonomik sıxıntı ortaya çıxacaq. Çünki 50-100 nəfərlik məclislərin keçirilməsi şadlıq sarayları üçün rentabelli deyil. 

Maraqlıdır, şadlıq sarayları buna hazırdırmı?

Məsələ ilə bağlı Bizim.Media aparıcı restoranların fikirlərini öyrənib.

“Pluton” restoranının adminstratoru Telman Nəsibovun sözlərinə görə Nazirlər Kabinetinin istənilən qərarına əməl etməyə hazırdırlar:

 

“Nə qərar olarsa, qəbulumuzdur. Əsas odur ki, işləyək. Az insanla belə toylara başlanılsa, yaxşı olar. Çünki restoran batıb gedir. Heç olmasa işçilər evlərinə çörək pulu apara biləcək. İlkin mərhələdə 60 nəfərlə toya başlasaq və vəziyyət yaxşı olsa, say artırıla da bilər. Ən azı işləməməkdən işləmək yaxşıdır”.


Telman Nəsibov toy keçirmək istəyənlərin onlara hələ də müraciət etdiklərini deyib:

“Camaat bilmir ki, neyləsin. Ötən ildən yazdıranlar da var ki, onların sayı 50 nəfərdir. Özləri də bizə müraciət edəndə çox az nəfərlə toy keçimək istəyində olduqlarını bildirirlər”.

“Nazlı Saray” restoranının baş inzibatçısı Rasim Məmmədov 80 nəfərlə toy təşkil etməyin sərf etmədiyini bildirib:

“Hələlik bunlar şaiyələrdir. Rəsmi qərar yoxdur. Amma qərar və şərtlər olacaqsa, razılaşacağıq. Dediyiniz 80 nəfərlik adamla indiki menyu qiymətinə (adambaşı 50, 45 və ya 40 manat) toyu Bakıda heç bir restoran keçirməz. Təbii ki, sərf etmir. Yəqin ki, hansısa şərtlərlə ortaq məxrəcə gəlinəcək. Mən 500 nəfərlik zalda 80 nəfərdən ibarət toyu necə edə bilərəm? Ora menyu, musiqi, foto və çəkiliş daxildir”.

“Cıdır düzü” restoranının adminstratoru Emil Həsənov da fəaliyyətsizlıiklərindən gilüylənib:

“Artıq ötən ildən toy yazdıranlar sifarişdən imtina edir. Bu günkü gün Nazirlər Kabineti nə qərar versə odur, biz kimik ki? Məndən olsa, restoran sahibinə 250-300 nəfərdən ibarət toy sərf edir.

Amma alınmır. Qorunmaq üçün adam sayını azaltmaq lazımdır. Az sayla toyun təşkil edilməsi isə heç cür sərf etmir. Əgər qərar verilsə ki, 100 nəfərlə toy keçirilsin, məcbur buna getməliyik. Uzaqbaşı “istəmirsən işləmə” deyəcəklər. Hər halda qərarlara baxmaq lazımdır”.

“Gilavar saray”ın administratoru Sahib Əliyev isə 1250 kvadratmetrlik 500 nəfərlik yerdə 60–80 nəfərin yerləşdirilməsi təklifinin absurd olduğunu qeyd edib.

 

“Kondinsioner işləri, kommunikasiya, işıqlandırma, o zala görə işçi qüvvəsinin eyni qalması baxımında sərf etmir. 50 nəfər toya çağıran adam elə evində bu ziyafəti keçirsə, ona sərf edər. Zatən yaxın qohumları ətrafına yığır.


Təbii ki, qərar gəlməyib, amma 60-70 nəfərlə  keçirilən toy restorana sərf etməz. İnsanlar 6 nəfərdən ibarət ayrı ayrı masalarda oturdulursa, bunun məsafəyə və ya qohumluğa nə dəxli var? Yalnız 340 kvadratmetrilik yerlərdə 60-70 nəfər otura bilər. Böyük zallarda 60 nəfəri oturtmağın mənası nədir? Sahibkarlara bu eç cür sərf etməz”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO