Bu il 27 məktəb istifadəyə veriləcək

Bu il 27 məktəb istifadəyə veriləcək

Hazırda oxunan: Bu il 27 məktəb istifadəyə veriləcək

114391

2023-cü ildə 27 təhsil müəssisəsinin təhvil verilməsini planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

Onun sözlərinə görə, həmin məktəblərdən 5-i işğaldan azad edilmiş ərazilərdə olacaq:

“2022-ci ildə 31 təhsil müəssisəsi təhvil vermişik. Həmin məktəblərdən 26-sı tikilib, 5-i isə əsaslı təmir olunub. Həmin məktəblərin içində peşə, internat, məktəbdənkənar müəssisə də olub. Əlavə olaraq da 30 modul məktəbi quraşdırılıb. Son 6 ildə isə 414 modul məktəb tikilib".

O qeyd edib ki, son 15 ildə 3500 məktəb tikilib:

"Ümumilikdə Azərbaycanda 4500 məktəb var. Çalışırıq ki, hər kənddə bir məktəb olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO