Ağdam Musiqi Kollecinin direktoruna cinayət işi açıldı - Külli miqdarda rüşvət alıb

Ağdam Musiqi Kollecinin direktoruna cinayət işi açıldı - Külli miqdarda rüşvət alıb

Hazırda oxunan: Ağdam Musiqi Kollecinin direktoruna cinayət işi açıldı - Külli miqdarda rüşvət alıb

114383

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Musiqi Kollecində YOXLAMAYA BAŞLADI – ÖZƏL 


Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu barədə məlumatı ilk dəfə Bizim.Media işıqlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO