“İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”.
Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O, qeyd edib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir:
“Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda MEDİA-ya müraciət edə bilər. Məsələ Agentlik tərəfindən araşdırılaraq tədbir görəcək. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb".
Səkinə Yusibli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:05 / 12.01.2023
İstinad hüququ pozulduğu təqdirdə MEDİA-ya müraciət edilməlidir - RƏSMİ
Hazırda oxunan: İstinad hüququ pozulduğu təqdirdə MEDİA-ya müraciət edilməlidir - RƏSMİ
Hazırda oxunan: İstinad hüququ pozulduğu təqdirdə MEDİA-ya müraciət edilməlidir - RƏSMİ
114379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.