Xalq yazıçısı sosial şəbəkədəkiləri “səviyyəsiz” adlandırdı – Ziyalıların REAKSİYASI

Xalq yazıçısı sosial şəbəkədəkiləri “səviyyəsiz” adlandırdı – Ziyalıların REAKSİYASI

Hazırda oxunan: Xalq yazıçısı sosial şəbəkədəkiləri “səviyyəsiz” adlandırdı – Ziyalıların REAKSİYASI

114377

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə müsahibələrinin birində bildirib ki, mən də sosial şəbəkələrdə varam, amma...

“Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95% səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5%-i ağıllı adam olur”.
Xalq yazıçısının bu fikirləri sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb, narazılıq yaradıb.

İlkin olaraq məsələyə millət vəkili, yazıçı Aqil Abbasın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, mən sosial şəbəkədə yoxam:

“Amma hərdən sosial şəbəkəni izləyirəm. Və çox ağıllı statuslar oxuyuram. Düzdür, trollar var, nə bilim nələr var... Lakin, ağıllı fikirlərə rast gəlirəm. Bəzən həmin statuslardan istifadə edib yazı da yazıram. Və yaxud maraqlı status görəndə hətta sayta da qoydururam. Bəlkə mənim rastıma çıxanlar belədir, deyə bilmərəm”.

Məsələyə tanınmış sosioloq Əhməd Qəşəmoğlunun münasibəti fərqli oldu. Bizim.Media-ya açıqlama verən sosioloq Natiq bəyin bu fikirləri səsləndirməkdə tələskənlik etdiyini bildirib:

“Belə kəskin ifadələr işlətmək ona yaraşmır. İstəməzdim ki, Natiq bəy belə bir kəskin ifadə işlətsin. Əvvəla, sosial şəbəkə həyatımızın bir parçasıdır. İstəsək də, istəməsək də bu həyatımıza daxil olub. Və hərə öz səviyyəsinə, mədəniyyətinə və imkanlarına görə oradan istifadə edir.

Məsələn, mən bütün həmkarlarımla, tələbələrimlə sosial şəbəkə üzərindən əlaqə qururam. Onlarla bu platformada ciddi elmi müzakirələr aparırıq. Məncə biz sosial şəbəkələri lənətləmək əvəzinə özümüzün səviyyəmizi qaldırmağa çalışmalıyıq.
Sosial şəbəkədə kifayət qədər ağıllı adamlar var. Və bu adamlar bu platformadan məqsədli şəkildə istifadə edir. Amma təsadüfi adamlar da sosial şəbəkədə az deyil. Ona qalsa gərək küçəyə çıxmayaq. Çünki, küçədə o qədər əxlasız və axmaq adam var ki... Bir daha deyirəm ki, Natiq bəy çox tələsik və məsuliyyətsiz bir fikir səsləndirib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO