Bu ölkələrdən quşçuluq məhsullarının idxalına MƏHDUDİYYƏT

Bu ölkələrdən quşçuluq məhsullarının idxalına MƏHDUDİYYƏT

Hazırda oxunan: Bu ölkələrdən quşçuluq məhsullarının idxalına MƏHDUDİYYƏT

114233

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çexiyanın Vısoçina, Moraviya–Sileziya və Plzen diyarlarında, Şotlandiyanın Anqus inzibati ərazi vahidində, Fransanın Provans-Alp–Kot de Azür, Nigerin Tillaberi və Danimarkanın Midtyulənd regionlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə həmin inzibati ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiyanın Vısoçina, Moraviya–Sileziya və Plzen diyarları, Şotlandiyanın Anqus inzibati ərazi vahidi, Fransanın Provans-Alp–Kot de Azür, Nigerin Tillaberi və Danimarkanın Midtyulənd regionlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO