Laçın yolundakı aksiyanın BİR AYI – Hansı nəticələri qazandıq?

Laçın yolundakı aksiyanın BİR AYI – Hansı nəticələri qazandıq?

Hazırda oxunan: Laçın yolundakı aksiyanın BİR AYI – Hansı nəticələri qazandıq?

114219

“Artıq bir aydan çoxdur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekoaktivistlər, gənclər Xankəndi-Laçın yolunda aksiya keçirirlər. Düşünürəm ki, aksiya artıq öz effektini verməkdədir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.

Ekologiya fəalları və gənc könüllülərimizin iştirakı ilə Laçın yolunda artıq bir aydır davam edən aksiyanı şərh edən deputat qeyd edib ki, Prezident İlham Əliyev də aksiyaçıları qiymətləndirib:

“Dövlət başçısı onlara “eşq olsun” deyib, Azərbaycan gənclərinin bizim fəxrimiz olduğunu vurğuladı. Eyni zamanda Prezident aksiyanı dəstəklədiyini də qeyd etdi. Çünki orda səsləndirilən hər bir şüar, aksiyada iştirak edən hər bir şəxsin orda olması Azərbaycan xalqının sifarişidir. Onlar Azərbaycan insanının fikirlərini, düşüncələrini səsləndirirlər. 

Artıq bir ay müddətində soyuqda, qarda, çətin şəraitdə aksiya davam etsə də, onların çoşqusu, sevgisi davam edir. Bu Vətən sevgisi, əsl vətən daşı olmağın nümunəsidir. Müharibə bitsə də, Azərbaycan gənci bu gün də həmin qəhrəmanlığı sərgiləməkdədir”.

Vüqar İskəndərov aksiyanın yaratdığı effektin görünməkdə olduğunu vurğulayıb:

“Həmin ərazilərdə yerləşən yataqların istismarı dayandırılıb. Arayik Arutyunyan, Ruben Vardanyan və digərləri təşviş içərisindədir. Hətta, Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin Qarabağa heç bir yardım edə bilməyəcəyini söyləyir. Paşinyan bütün məsuliyyəti separatçı Arutyunyan, Vardanyan və digərlərinin üzərinə yıxır. Bu onların öz işidir. 

Ümumilikdə isə Azərbaycanın yeritdiyi xarici siyasət, bütün platformalardakı qələbələrimiz, Laçın yolundakı aksiya dövlətimizin, xalqımızın qətiyyətinin göstəricisidir. 

Aksiyaçılar hər dəfə öz çıxışlarında, müsahibələrində qeyd edirlər ki, bu etirazlar məqsədimizə nail olanadək davam edəcək. Tələblərimiz isə yataqlarımızın qanunsuz istismarının tamamilə dayandırılması, mütəxəssislərimizin monitorinqinin təşkili, sülhməramlı missiya rəhbərinin aksiya yerinə gələrək arayış verməsi, eləcə də Laçın yolundan yalnız humanitar məqsədlər üçün istifadə olunmasıdır. 

Düşünürəm ki, aksiya öz məqsədinə çatana qədər davam edəcək. Məqsədimizə çatdıqdan sonra isə bu mitinq şərəfli bir səhifə kimi tariximizdə öz yerini tutacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO