Abşeronda yanan binadan sakinlər təxliyə edilib - DİN

Abşeronda yanan binadan sakinlər təxliyə edilib - DİN

Hazırda oxunan: Abşeronda yanan binadan sakinlər təxliyə edilib - DİN

114191

Abşeron rayonunun Məmmədli kəndində yaşayış binasında yanğınla əlaqədar polis təhlükəsizlik tədbirləri görür.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sakinlərin təxliyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.

Xatırladaq ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO