DİN 3 minə yaxın partlayıcı oyuncaq aşkarladı

DİN 3 minə yaxın partlayıcı oyuncaq aşkarladı

Hazırda oxunan: DİN 3 minə yaxın partlayıcı oyuncaq aşkarladı

114181
Bayram günlərində daxili işlər orqanlarının əməkdaşları partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisində səyyar ticarətlə məşğul olan Şamo Bəylərovdan və Fuad Qədimalıyevdən ümumilikdə 2904 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.

Tezalışan maddələr və pirotexniki məmulatların satışına qarşı mübarizə tədbirləri bayram günlərində də nəzarətdə saxlanılmaqla reydlər davam etdiriləcəkdir. 
 
İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan belə maddələrin satış yerləri, eləcə də istifadə edilməsi barədə məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti"nə məlumat vermələri tövsiyə edilir.
 
Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunun 9-cu bəndinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO