Tövsiyə: Qış təkərləri olmayan sürücülər yola çıxmasın

Tövsiyə: Qış təkərləri olmayan sürücülər yola çıxmasın

Hazırda oxunan: Tövsiyə: Qış təkərləri olmayan sürücülər yola çıxmasın

114159

Xızıda yol polisləri yolların qardan təmizlənməsi üçün tədbirlər görüblər.

Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, 

Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Polis əməkdaşları yollara ağır texnika cəlb edilməsini, qum-çınqıl və duz səpilməsini  təmin edərək sürücülərin təhlükəsiz hərəkəti üçün  şərait yaradıblar.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO