İrandan 24 kiloqram narkotik gətirən şəxs həbs edildi – FOTO/VIDEO

İrandan 24 kiloqram narkotik gətirən şəxs həbs edildi – FOTO/VIDEO

Hazırda oxunan: İrandan 24 kiloqram narkotik gətirən şəxs həbs edildi – FOTO/VIDEO

114158

Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir xüsusi əməliyyat nəticəsində kəskin hava və relyef şəraitindən istifadə etməklə ölkə ərazisinə qeyri-leqal yollarla külli miqdarda narkotik vasitə keçirən  mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü saxlanılıb.  

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Yardımlı rayon sakini Vüsal Vəliyev ələ keçirilib.

Onun sərnişin kimi əyləşdiyi avtomobidən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Aparılan arşadırmalarla müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib.
Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO