Metroda 4 sərnişindən telefon oğurlayan şəxs TUTULDU

Metroda 4 sərnişindən telefon oğurlayan şəxs TUTULDU

Hazırda oxunan: Metroda 4 sərnişindən telefon oğurlayan şəxs TUTULDU

114144

Müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Vidadi Bəkirov saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, o, Metropolitendə Polis İdarəsi əməkdaşları tərəfindən ələ keçirilib.

Müəyyən edilib ki, Vidadi Bəkirov əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunub.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO