Küçələrdə yaşayan Mingəçevir sakini ölümdən xilas oldu – TƏFƏRRÜAT - FOTO

Küçələrdə yaşayan Mingəçevir sakini ölümdən xilas oldu – TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Küçələrdə yaşayan Mingəçevir sakini ölümdən xilas oldu – TƏFƏRRÜAT - FOTO

11406

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha bir “bomj”u küçədə soyuqdan donmaqdan xilas edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Xətai rayonu, Mehdi Mehdizadə küçəsində (Neftçilər xəstəxanasının yaxınlığı) küçədə yaşayan yaşlı insan xəstəxanaya yerləşdirilib.

Agentliyin araşdırmalar nəticəsində bəlli olub ki, xalq arasında “bomj” adlanan bu insan Mingəçevir sakini 1957-ci il təvəllüdlü Əliyev Akif Lətif oğludur. O, aylarla soyuq küçələrdə ac-susuz yaşayıb.

Əvvəl agentliyin əməkdaşlarının yardım cəhdləri boşa çıxıb. Belə ki, kimsəsiz kişi onların Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirmə təklifini bütün vəchlə rədd edib.

Daha sonra o, sol ayağında ciddi problem olduğu üçün ayağa qalxa bilmədiyini və müalicə olunmaq istədiyini bildirib. Onun bu arzusu da agentlik tərəfindən həyata keçirilib, dərhal əraziyə təcili yardım çağırılıb. 

Lakin bu təklifə də isti qarşılamayan A.Əliyevin psixoloji vəziyyətinin yaxşı olmadığı ortaya çıxıb. Daha sonra uzun psixoloji söhbətlər aparıldıqdan sonra o xəstəxanaya yerləşdirilməyə razı olub. 

Sonda Akif Əliyev Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onu vəzyyəti stabildir. Müalicəsi bitdikdn sonra, əgər özünün də razıılığı olarsa o, evsiz və kimsəsiz olan insanlar üçün nəzərdə tutulan sığınacağa yerləşdiriləcək. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO