Hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarında VƏZİYYƏT  

Hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarında VƏZİYYƏT  

Hazırda oxunan: Hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarında VƏZİYYƏT  

114056

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində hava şəraiti ilə əlaqədar yanvarın 10-u saat 17:00 -a olan avtomobil yollarının vəziyyətini açıqlayıb. 

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata əsasən “Zəfər” yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var.

Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem olmayıb, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Toğanalı - Kəlbəcər – İstisu yolunda yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem olmayıb. 

“Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 
Bakı–Quba marşrutu üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Giləzi–Xızı yolunda Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Qobustan-Şamaxı–Muğanlı yolunda yağıntı yoxdur. Yolun Muğanlı ərazisində 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Muğanlı–Ağsu-Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Yevlax-Şəki-Qax-Zaqatala yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
Şəmkir-Gədəbəy yolunda hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Gəncə-Daşkəsən yolunda hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb, 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Ələt-Astara yolunda marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Masallı–Yardımlı yolunda Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur. 

Lənkəran–Lerik yolunda, Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur. 

Bakı-Ələt–Hacıqabul-Ucar–Yevlax-Gəncə-Qazax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO