DİM-in “eksperimentləri” nə məqsədə xidmət edir? – Elşən Qafarovdan SƏRT TƏKLİF

DİM-in “eksperimentləri” nə məqsədə xidmət edir? – Elşən Qafarovdan SƏRT TƏKLİF

Hazırda oxunan: DİM-in “eksperimentləri” nə məqsədə xidmət edir? – Elşən Qafarovdan SƏRT TƏKLİF

114027

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib. Müaciətdə bildirilib ki, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri ilə Mərkəzin saytındakı keçidlərdən tanış olmaq olar.

2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

DİM-in bu addımı sosial şəbəkələrdə və mütəxəssislər arasında ciddi müzakirələrə və qınağa səbəb olub. Çünki, dərslikdə olmayan mövzularla bağlı sualların imtahan testlərinə salınması heç cür anlaşılan və qəbul edilən deyil.
Hər bir abituriyentin borcu deyil ki, DİM-in məlumatlarını və internet səhifəsini izləsin. İmtahanlara dərsliklərlə deyil, DİM-in “qaydaları” ilə hazırlaşsın.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarovla əlaqə saxladıq. Bizim.Media-ya açıqlama verən ekspert bu cür halların ilk dəfə baş vermədiyini təəssüflə bildirdi:

“DİM-in tutduğu kurs dövlət standartlarına uyğun olaraq həyata keçirilən təhsilə etimadı azaldır. Ölkədə repetitorluğun və kölgə təhsilinin durmadan inkişaf etməsinə, durmadan metastaz verməsinə birbaşa şərait yaradır. Nəticədə, cəmiyyətdə çox böyük sosial gərginliklər yaranır. Ailələrin sosial vəziyyətinə çox ciddi zərbələr vurur. DİM məcbur edir ki, ailə başçıları hansı yollasa vəsait tapıb övladlarını repititor yanına göndərsinlər”.

Ekspert onu da əlavə etdi ki, nə qədər ki, test hazırlamaq, proqram hazırlamaq, vəsait hazırlamaq səlahiyyəti DİM-dən alınmayıb bir o qədər də DİM təhsil sistemində pozuculuq siyasətini davam etdirəcək:

“Düşünürəm ki, vaxt itirmədən DİM-dən müəyyən səlahiyyətlər alınmalıdır. DİM yalnız imtahanları həyata keçirən texniki bir qurum olmalıdır. Ona görə də DİM-in yaydığı son məlumat məni təəccübləndirmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO