Qarlı havada bələdiyyələrin seçicilərinin köməyinə çatmağa nə mane oldu?

Qarlı havada bələdiyyələrin seçicilərinin köməyinə çatmağa nə mane oldu?

Hazırda oxunan: Qarlı havada bələdiyyələrin seçicilərinin köməyinə çatmağa nə mane oldu?

114021

Dünən Bakıya yağan qar yenə hərəkəti iflic etdi. Aidiyyəti qurumlar bir neçə gün əvvəldən vəziyyətin nəzarət altında olduğuna dair informasiya yaysalar da, məlum oldu ki, paytaxt bu təbiət hadisəsinə yenə hazır deyil.

Səhər saatlarından mərkəzi küçələrə qum, duz səpilməyə başlanıldı. Qəsəbə və alternativ yollarda isə avtomobillərin hərəkəti dayandı, səkilərdə piyadaların gediş-gəlişi çətinləşdi. Səkilərdə texnikadan çox canlı qüvvə, yaşlı qadınların qar kürüdüyünə şahidlik etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıya qar niyə yaraşmır? – Son iki gündə yaşanan PROBLEMLƏR


Yaşanan vəziyyət bələdiyyələrin bu cür hallarda fəaliyyətini, nə dərəcədə effektiv tədbirlər görə bilmələrini yenidən gündəmə gətirdi.

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin əsas fəaliyyət istiqaməti yerli əhəmiyyətli məsələləri sərbəst və müstəqil həll etmək olsa da hazırda bunun üçün struktur yoxdur:

"Bələdiyyələrin vəzifəsi yerli əhəmiyyətli məsələlər istiqamətində qərar qəbul edərək onların həllinə nail olmaqdır. Belə təbiət hadisələrində və yaxud hər-hansısa kritik vəziyyətlərdə də bələdiyyələr bacardıqları qədər addım atmağa, dəstək verməyə çalışırlar. Lakin etiraf etmək lazımdır ki, bu gün Azərbaycan bələdiyyəsinin kommunal xidmətləri göstərilməsi ilə bağlı hansısa sxemi, sistemi, strukturu, maşın mexanizm parkı yoxdur. Buna görə də belə hallarda müəyyən dəstək göstərməkdə çətinlik çəkirlər".

Ekspert əlavə edib ki, bu sahədə işlər bələdiyyəyə həvalə edilsə və dövlət büdcəsindən bir qism maliyyə ayrılsa, bilavasitə vətəndaşlarla işləyən bir orqan kimi bələdiyyələr öz seçicilərinə kömək edə bilərlər:

"Struktur və maliyyənin olmaması bələdiyyələri çətin vəziyyətdə qoyur. Lakin onlar vətəndaşların problemlərini bacardıqları qədər həll etməyə çalışırlar. Ümumilikdə isə qeyd etdiyim çatışmazlıqlara görə bu günkü vəziyyətdə bələdiyyələrdən umacağımız çox olmamalıdır".

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO