Bakıda qaz xəttinin mühafizə zonasında inşa edilən qanunsuz tikili aşkar olunub.
Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verib.
Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində aparılan monitorinq zamanı ərazidən keçən diametri 200 və 500mm olan qaz xəttinin mühafizə zonası gözlənilmədən bilavasitə yaxınlığında 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkar olunub.
Müəyyən edilib ki, qeyd olunan ünvandakı tikinti işləri müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılıb.
Aşkar olunmuş faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə rəsmi müraciətlər ünvanlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 10.01.2023
Bakıda qaz xəttinin mühafizə zonasında tikilən qanunsuz evlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Bakıda qaz xəttinin mühafizə zonasında tikilən qanunsuz evlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Bakıda qaz xəttinin mühafizə zonasında tikilən qanunsuz evlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
113962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.