Nar şirəsi istehsalı üzrə ixtisaslaşan “AzNar”x9d MMC-nin rəhbəri Fərhad Əhmədov ona borcu olan kiçik sahibkarların borclarını bağışlayıb.
“Qafqazinfo”x9dya daxil olan məlumata görə, göyçaylı iş adamı bu yaxınlarda anasının dəfnində iştirak etmək üçün Rusiyadan Azərbaycana gəlib. Sahibkarların problemləri ilə maraqlanan F.Əhmədov “AzNar”x9dla əməkdaşlıq edən tədarükçülərin şirkətə olan 80 min borcunu ləğv edib.






























































































