"Hökumət daha ciddi rejimdə çalışmalıdır" - Fərəc Quliyev

Hazırda oxunan: "Hökumət daha ciddi rejimdə çalışmalıdır" - Fərəc Quliyev

113912
Azərbaycan Respublikası Milli Məclisinin  2015-ci il dekabrın 29 -da  keçirilən iclasında Millət vəkili  Fərəc Quliyev  dörd  məsələ ətrafında çıxış edib. 

Moderator.az həmin çıxışları təqdim edir. 

1. Cari məsələlərdə  millət vəkili  çıxışında bildirdi ki   “Dünyada baş verən iqtisadi böhran  təbii ki, Azərbaycana da təsirsiz ötüşmür: "Biz ada dövlət deyilik. Büdcəmiz neftdən asılı olduğundan neftin qiymət dəyişikliyi  vəziyyətin tez-tez dəyişməsinə səbəb olur. Hökumət indi daha operativ, çevik qərarlar verməli, daha ciddi rejimdə çalışmalıdır. Milli Məclis olaraq bizim də fərqli rejimdə işləməyimiz,müzakirələr aparmağımız lazımdır. Təklif edirəm ki, Milli Məclis həftədə bir dəfə plenar iclaslarını keçirsin, ən müxtəlif problemlər müzakirə olunsun,çıxış yolları təklif olunsun. Müzakirələrə  problemə müvafiq olaraq  nazirliklərin nümayəndələri dəvət olunsun, dinləmələr aparılsın. Mümkündür ki, bəzi məsələlərin müzakirəsinə ekspertlər, ictimayət nümayəmdələri də dəvət olunsun. Məncə bu cür calışma çox səmərəli olar.

2. Dövlət orqanlarında xidmət keçmə haqqında  əsasnamədə dəyişikliklə bağlı Fərəc Quliyev təklif etdi ki, dövlət qulluqçusunun attestasiyasını keçirən komissiya üzvləri təkcə müvafiq icra strukturu nümayəndələrindən təşkil olunmasın: "Biz ictimai iştirakçılıq haqqında qanun qəbul etmişik.”x9d İctimai iştirakçılıq haqqında “Azərbaycan respublikası qanununa əsasən bu komosiyanın tərkibində ictimayət numayəndələrinin iştirakı mümkündür və məncə həm də ictimayət üçün aşkarlıq, neqativ halların aradan qaldırılması baxımından  vacibdir.Bu yanaşmanı işə qəbul zamanı da müsabiqə keçirən attestasiya  komissiyalarına da tətbiq etmək faydalı olar.

3. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının  və hüquq pozuntularının profilaktikası haqqında”x9d Azərbaycan Respublikasının qanununda dəyişiklik bağlı Millət vəkili  Fərəc Quliyev münasibətini belə  bildirdi: “ Qanunun 51.3 bəndində göstərilir ki, bu məcəllənin 51.2 və 51.1 maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içkinarkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə  və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş  həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan  ictimai təhlükəli əməlin törədilməsinə  və ya 14 yaşından 16 yaçınadək uşaqlar tərəfindən inzibati xəta  əlaməti olan əməlin törədilməsinə səbəb olduqda  Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər 50 manatdan 100 manatadək miqdarda cərimə edilir. Üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini  yerinə yetirməyən Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərin Bu cür ağır hallara münasibətdə belə simvolik cərimələnməsinin nəinki cəza heç profilaktik də əhəmiyyəti yoxdur. Belə valideynlər və ya onları əvəz edən şəxslər deməli çox məsuliyyətsiz ,cəmiyyət üçün yararsız adamlardır. Ona görə təklif edirəm ki, üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini  yerinə yetirməyən yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərə törədilmiş əmələ görə məsuliyyət müəyyənləşdirilsin  və cinayət məsuliyyətinə cəlb olunsunlar.

4. “Lisenziyalar icazələr haqqında “Azərbaycan Respublikasının qanununun layihəsi  barədə Millət vəkili  Fərəc Quliyev aşağıdakı munasibəti bildirdi: “Bu qanun dövrün çağırışına uyğundur. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr bəzi meyarlar nəzərə alinmaqla verilir. Bu da təbii haldır, xususilə, milli təhlukəsizlik,ekologiyanın qorunmasını və.s məsələləri özündə ehtiva edən meyarlar. Lakin  qanunun   4.2.6 bəndində göstərilir ki, fəaliyyət növü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gəlir əldə edilməsinə  imkan yaradırsa bu hal lisenziyani zəruri edir. Hesab edirəm ki,bu  yanlış yanaşmadır. Sahibkar nə qədər  çox vəsait qazanırsa  bu ölkəyə o qədər faydalıdır. Deməli daha çox vergi ödəyəcək,daha çox işçiyə iş veriləcək, ölkə daha çox güclü olacaq. İndiki məqamda  sahibkarlığın inkişafı,qeyri-neft sektorunun inkişafı prioritet olduğu zaman belə bir bəndin salınması sahibkarlığın inkişafına mane ola bilər  və ona görə təklif edirəm ki bu bənd qanun layihəsindən çıxarılsın".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO