Qarlı havada heyvanlar və quşlar yemləndi – FOTO

Qarlı havada heyvanlar və quşlar yemləndi – FOTO

Hazırda oxunan: Qarlı havada heyvanlar və quşlar yemləndi – FOTO

113904

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Bizim.Media xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində məlumat verilib. 

Bildirilib ki, Azərbaycanın milli parklarında və dövlət təbiət qoruqlarında heyvan və quşların, əsasən miqrasiya etdikləri yollara və dağ cığırlarına ot və dənli yem məhsullarının paylanılması təmin edilib. Bu istiqamətdə işlər şaxtalı-qarlı hava şəraitinin davam edəcəyi növbəti günlərdə də həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO