Xalq artisti QƏZƏBLƏNDİ: “Bu cür vəhşilik olarmı?” - FOTO

Xalq artisti QƏZƏBLƏNDİ: “Bu cür vəhşilik olarmı?” - FOTO

Hazırda oxunan: Xalq artisti QƏZƏBLƏNDİ: “Bu cür vəhşilik olarmı?” - FOTO

113826

“Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə, nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Pop diva işgəncə verilən pişiyin fotosunu yayımlayaraq bu hadisəni törədən şəxslərə cəza verilməsini istəyib: 

“Bir heyvandan insan nə istəyə bilər axı? O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb, səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək”. 

Rəşad Əliyev, Bizim.Media





Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO