Dələduzluq məqsədilə saxta saytlar yaradılıb – RƏSMİ

Dələduzluq məqsədilə saxta saytlar yaradılıb – RƏSMİ

Hazırda oxunan: Dələduzluq məqsədilə saxta saytlar yaradılıb – RƏSMİ

113809

Dələduzluq məqsədilə “Azərpoçt” MMC-nin adından yenidən saxta saytların yaradıldığı (hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/) aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, bu dəfə dələduzlar “Sual-cavab nəticəsində “Azərpoçt”dan 600 manat qazanmaq imkanı” adı ilə şirnikləndirici saxta kampaniya başladıblar.

“Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaları, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam olunan kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar.
Vətəndaşlar belə saxta kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizin CERT Mərkəzinə məlumat verə bilərlər”, - deyə mənbə qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO