Sabah Bakı əhalisi işə gedə biləcək? - RƏSMİ

Sabah Bakı əhalisi işə gedə biləcək? - RƏSMİ

Hazırda oxunan: Sabah Bakı əhalisi işə gedə biləcək? - RƏSMİ

113792

"Bu gecə paytaxt ərazisində -2 və -4 dərəcə şaxta olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri Lent.az-ın sorğusuna cavab olaraq, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. 

O bildirib ki, ölkə ərazisində bu gün və sabah şaxta olacaq:

"Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcəyi və temperatur 0 dərəcəyə yaxın olacağı müşahidə edilir. Yollar buz bağlayacaq. Bölgələrdə də qeyri-sabit hava şəraiti davam edəcək. 

Bakı və Abşeron yarımadasında gecə 2-4 dərəcə şaxta, rayonlarda isə 4-8 dərəcə şaxta olacaq. Gündüz -3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, dağlarda isə gecə 18 - 23 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta müəyyən ediləcək". 

Yolların buz bağlayacağı şəraitdə əhalinin iş yerlərinə və dərsə gedəcəyi çox çətin görünür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO