XƏBƏRDARLIQ - Bu tarixədək avtomobil yolları buz bağlayacaq

XƏBƏRDARLIQ - Bu tarixədək avtomobil yolları buz bağlayacaq

Hazırda oxunan: XƏBƏRDARLIQ - Bu tarixədək avtomobil yolları buz bağlayacaq

113757

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya bildirib ki, Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı ehtimal olunur. 

Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görmə məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO