Polis Tovuzda əməliyyat keçirdi – 2-si azyaşlı olmaqla 4 nəfər TUTULDU – FOTO

Polis Tovuzda əməliyyat keçirdi – 2-si azyaşlı olmaqla 4 nəfər TUTULDU – FOTO

Hazırda oxunan: Polis Tovuzda əməliyyat keçirdi – 2-si azyaşlı olmaqla 4 nəfər TUTULDU – FOTO

113719

Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayona gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkin yaşına çatmayan şəxslər və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman üzərlərindən1 kq 320 qram “heroin”, 1 kq 585 qram “marixuana”, 49 qram psixotrop maddə olan metamfetamin və  aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini, lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayonunun Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan “marixuana” aşkarlanıb.  
Bununla da Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 əməliyyat-axtarış tədbiri baş tutub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO