Şimal-qərb bölgəmizin ecazkar GÖRKƏMİ – FOTO

Şimal-qərb bölgəmizin ecazkar GÖRKƏMİ – FOTO

Hazırda oxunan: Şimal-qərb bölgəmizin ecazkar GÖRKƏMİ – FOTO

113704

Şimal-Qərb bölgəsinin yüksək dağlıq və dağətəyi ərazilərinə bu ilin ilk və mülayim qarı yağıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, qarın yağması xüsusən uşaqların sevincinə səbəb olub.

Balacaların qar sevincini əməkdaşımız düşüncələrində ifadə edib. 

Qış!.... Ağ örtüyü ilə təbiəti duvaqlı gəlinə bənzəyən fəsil. Yeri, göyü, təbiəti donduran fəsil. Bütün xüsusiyyətləri ilə sevilən fəsil.

Qışı ən çox uşaqlar gözləyir, onlar sevir. Çünki bu günlərdə uşaqlıq şıltaqlığının ən son həddini yaşayırlar. 

Bir səhər çölə çıxırsan və gözlərin qarşısında təsvirə gəlməz dərəcədə gözəl mənzərə canlanır. Hər yer dümağ, parıldayan ipəyə oxşayır. Göydən isə sanki ələkdən un ələnir. Evə girib ilk qarın yağması müjdəsini vermək çox sevincli olur. Hamı bir ağızdan “hə, bu da qışın ilk qarı” deyir. 

Qış! Bu fəsil gah yağışlı, gah qarlı, gah şaxtalı, gah da küləkli qonağımız olur. Bəs nə etməli, axı yaşamaq lazımdır qışı, gözəl bir qış nağılını...

Bəli, qış gəldi... Dəhşətli soyuğu, güclü qarı ilə deyil, mülayim havası və yağmuru ilə. 

Qışın qarını, soyuq-sazağını, çovğununu sevməyənlərimiz də az deyil. İlk qar Böyük Qafqazın cənub yamacları boyu uzanan Şəki-Zaqatala bölgəsini də ağ örpəyə bürüyərək başqa bir gözəllik yaradıb. Bir qədər mülayim yağsa belə göz oxşayır, qəlbi, ruhu sakitləşdirir, insana rahatlıq və hüzur bəxş edir ilk qar. 
Bu səhər Şimal-Qərb bölgəsini virtual səyahətə çıxaraq ilk qarın müjdəçisi olaraq hər birinizə Sabahın Xeyr Azərbaycan deyirik!. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO