“Sədərək”də yanğında bir polis əməkdaşı tüstüdən zəhərlənib

“Sədərək”də yanğında bir polis əməkdaşı tüstüdən zəhərlənib

Hazırda oxunan: “Sədərək”də yanğında bir polis əməkdaşı tüstüdən zəhərlənib

113693

“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

Daha əvvəl TƏBİB-dən bildirilib ki, yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO