Naxçıvanda müharibə iştirakçıları və şəhid ailələrinə tibbi xidmətlər GÖSTƏRİLƏCƏK - VİDEO 

Naxçıvanda müharibə iştirakçıları və şəhid ailələrinə tibbi xidmətlər GÖSTƏRİLƏCƏK - VİDEO 

Hazırda oxunan: Naxçıvanda müharibə iştirakçıları və şəhid ailələrinə tibbi xidmətlər GÖSTƏRİLƏCƏK - VİDEO 

113586

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər Naxçıvan şəhərinə gəliblər.

Muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq.
Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO