Quba şəhərində su qəzası aradan qaldırıldı - FOTO 

Quba şəhərində su qəzası aradan qaldırıldı - FOTO 

Hazırda oxunan: Quba şəhərində su qəzası aradan qaldırıldı - FOTO 

113569

Quba şəhərinin su borusunun partlaması nəticəsində susuz qalmış hissəsinə su verilişi artıq bərpa edilib.

"Azərsu "ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-nın Şimal bürosuna açıqlamasında bildirib ki, hazırda bütün abonentlər içməli su ilə təmin edilib.

Bərpa işlərini Qubadakı 1 saylı su-kanal idarəsinin qəza briqadası həyata keçirib.

Qeyd edək ki,bu gün səhər saatlarında Quba şəhərindəki Heydər Əliyev prospektinin bir hissəsində su borusunun partlaması nəticəsində küçələri su basıb, əhali susuz qalıb. Problem artıq tam aradan qaldırılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO