İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər - Xüsusi nümayəndəlikdən AÇIQLAMA 

İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər - Xüsusi nümayəndəlikdən AÇIQLAMA 

Hazırda oxunan: İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər - Xüsusi nümayəndəlikdən AÇIQLAMA 

113552

“Aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Unikal-a açıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib.

O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq:

“Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər. Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gedib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir.  
Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi, həmin sualları cavablandırıldı”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO