Teymur Rəcəbov qələbəni qoruya bilmədi – Bu gün yenidən üz-üzə gələcəklər

Teymur Rəcəbov qələbəni qoruya bilmədi – Bu gün yenidən üz-üzə gələcəklər

Hazırda oxunan: Teymur Rəcəbov qələbəni qoruya bilmədi – Bu gün yenidən üz-üzə gələcəklər

11355

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, rəqib Niderlandı təmsil edən Aniş Giridir. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər.

 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər


Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

"Opera Euro Rapid"

1/4 final

9 fevral

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO