Şəmkir sakini əmisi oğlunu baltaladı

Şəmkir sakini əmisi oğlunu baltaladı

Hazırda oxunan: Şəmkir sakini əmisi oğlunu baltaladı

113530

Şəmkir sakini əmisi oğluna balta ilə xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Elçin Əliyevin baş nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə E. Əliyev torpaq üstündə əmisi oğlu Səxavət Əliyev ilə mübahisə edən zaman xəsarət alıb. Zərərçəkmiş ifadəsində əmisi oğlunun balta ilə ona xəsarət yetirdiyini bildirib. 
Faktla bağlı ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO