Pensiya kapitalının minimum məbləğinin artırılmasından kimlər faydalanacaq? – DETALLAR

Pensiya kapitalının minimum məbləğinin artırılmasından kimlər faydalanacaq? – DETALLAR

Hazırda oxunan: Pensiya kapitalının minimum məbləğinin artırılmasından kimlər faydalanacaq? – DETALLAR

113514

Minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən etibarən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Eləcə də pensiya məbləği 240 manat əvəzinə artıq 280 manat olub. 

Bu, pensiya kapitalının minimum məbləğinə də təsirsiz ötüşməyib. Belə ki, əvvəllər ən azı 34.560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, indi bu rəqəm 40.320 manatadək yüksəlib.

Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, az iş stajı olanla çox stajı olan arasında pensiyaya çıxarkən fərq qoymaq baxımından kapital yığımının minimum həddinin artırılması baş düşüləndir:

“Minimal əmək haqqı və pensiyaların artması fonunda pensiya kapitalının minimum məbləğinin artması da gözləniləndir. Çünki ölkədə inflyasiya və qiymət artımları baş verir. Amma fikrimcə, pensiya kapitalının minimal həddinin 34 mindən 40 min manata qaldırılması elə də böyük artım deyil. Həmin artımın insanların pensiya kapitalının minimum həddini toplamalarına əngəl olacağını da düşünmürəm. 
Çünki uzun müddət işləyənlər üçün bu kapitalı toplamaq çətin olmayacaq. Həmin addım yalnız həyatı boyu az müddət işləyənlərə həmin məbləğdə kapitalı toplamaqda müəyyən çətinliklər yaradacaq. Bu da başa düşüləndir. İllərlə işləyib pensiyaya çıxanlarla az müddət işləyib pensiyaya çıxanlar arasında fərq qoymaq baxımından pensiya kapitalının minimum həddinin artırılması başa düşülən olmaqla yanaşı, ədalətli qərardır. Bu çox işləyənlə az müddət işləyən arasında pensiyaya çıxdıqdan sonra ədalətsizliyin aradan qaldırılmasına xidmət edir”.

Digər tərəfdən, həmsöhbətimizə görə, pensiya kapitalının minimum həddinin artırılması qeyri-rəsmi iş yerlərilə mübarizə baxımından da vacibdir:

“Xeyli insanın iş yeri qeyri-rəsmidir. Kapital yığımının minimum həddinin artırılması isə insanları işə düzələrkən, pensiya fonduna pul köçürmələri üçün müqavilə bağlamağı tələb etməyə sövq edəcək”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO