Ağdaşda heyvanlar arasında xəstəlik yayılıb – FOTO 

Ağdaşda heyvanlar arasında xəstəlik yayılıb – FOTO 

Hazırda oxunan: Ağdaşda heyvanlar arasında xəstəlik yayılıb – FOTO 

113468

Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Yenicə kəndindən olan fermerə məxsus təssərrüfatda baş verib.

Belə ki, rayon sakini Ramin Bəndəliyev təsərrüfatında olan heyvanları örüş sahəsindən qaytardıqdan bir neçə saat sonra onlardan 2 baş qoyunun öldüyünü görüb. Fermer digər qoyunlarının da halsız olduğunu müşahidə edib.

Dərhal sahə baytar həkiminə müraciət edilib. Sahə baytar həkimləri əraziyə cəlb olunub və müayinələrə başlanılıb. Həkimlər ilkin ehtimal olaraq, qoyunların zəhərləndiyini güman edirlər.

Dərhal digər 100-ə yaxıın qoyun və keçiyə baytar həkimin məsləhəti ilə dərmanlar verilib. 

Bundan başqa, Ağdaş rayon baytarlıq idarəsi tərəfindən vətəndaşa məxsus heyvanlarıın saxlanıldığı ferma dezinfeksiya edillib.

Daha sonra Qida Təhlukəsizliyi Agentliyinin nümayəndələri tərəfindən ölmüş heyvanlardan nümunələr götürülüb. Nümunələr laboratoriyaya göndərilib. Analizlərin cavabından sonra heyvanların ölümünün səbəbi bilinəcək. Ölmüş heyvanlar dezinfeksiya olunaraq basdırılıb. 

Qeyd edək ki, təsərrüfat sahibinin sözlərinə görə, 2 gün öncə ona məxsus bir baş camış da eyni şəraitdə tələf olub.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO