Sülhməramlıların daha 3 avtomobili Laçın yolundan maneəsiz keçdi - YENİLƏNİB

Sülhməramlıların daha 3 avtomobili Laçın yolundan maneəsiz keçdi - YENİLƏNİB

Hazırda oxunan: Sülhməramlıların daha 3 avtomobili Laçın yolundan maneəsiz keçdi - YENİLƏNİB

113465

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir. 

Bizim.Media xəbər verir ki, bir qədər əvvəl RSK-yə məxsus 2 yük, 1 minik maşını Xankəndidən Laçına doğru keçib. 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.  

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.  

08.50

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. 

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobilin aksiya ərazisindən keçidi təmin olunub. 

Hazırda bu beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edirlər. 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır. 

Qeyd edək ki, ötən il dekabr ayının 12-dən başlayan aksiya 27 gündür davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO